AZ

Ukrayna ordusunun “Şərq” Əməliyyat Komandanlığına yeni komandir təyin edilib

General-mayor Aleksandr Bratişko “Şərq” Əməliyyat Komandanlığının komandiri vəzifəsindən uzaqlaşdırılıb.

Herbiand.az bildirir ki, bu barədə “Ukrainskaya pravda” internet nəşri mənbələrə istinadən məlumat verib.

Qeyd edilib ki, Bratişkonun vəzifədən azad edilməsinin səbəbləri arasında 2025-ci ilin dekabrında Donetsk vilayətindəki Siversk şəhərinin itirilməsi göstərilir. Onun yerinə özünü 20-ci Korpusun komandiri kimi sübut etmiş general-mayor Viktor Nikolyuk təyin edilib.

Məlum olduğu kimi, Nikolyuk Rusiyanın tammiqyaslı işğalının əvvəlində Çerniqov bölgəsinin müdafiəsinə rəhbərlik edib. 10 mart 2022-ci ildə ona Ukrayna Qəhrəmanı adı verilib. 2023-cü ilin martında isə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Təlim Komandanlığının komandiri təyin edilib.

Nikolyuk 2025-ci ildə “Donetsk” əməliyyat-taktiki qüvvələr qrupunun komandiri vəzifəsində briqada generalı Aleksandr Tarnavskini əvəz edib. Ukrayna Silahlı Qüvvələri korpus əsaslı sistemə keçdikdən sonra 20-ci Ordu Korpusunun komandanlığına rəhbərlik edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr