AZ

DSMF: Sabirabadda vətəndaşlarla görüşün və ictimai dinləmənin vaxtı dəyişdirilib

Bakı, 16 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin Sabirabad rayonunda aprelin 17-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun və fond tərəfindən təşkil olunacaq ictimai dinləmənin vaxtı dəyişdirilib.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlara qəbulun və ictimai dinləmənin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Seçilən
30
1
azertag.az

2Mənbələr