AZ

Azərbaycan təbii qaz ixracını artırıb

2026-cı ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 257 milyon 77 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 883 milyon 209 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin ilk üç ayı ilə müqayisədə 6,1 % çox, dəyəri isə 14,6 % azdır.

Bu ilin I rübündə Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,86 % olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Bizim.Media

Seçilən
5
7
bizim.media

10Mənbələr