AZ

Sabunçu tunelində də yol çökdü - VİDEO

Sabunçu tunelində də yol çökdü - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tez-tez yağış sularının dolduğu tuneldən keçən yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik müşahidə edilir. Sakinlər tərəfindən paylaşılan görüntülərdə asfalt qatının dağıldığı və yolun istifadəyə yararsız hala düşdüyü aydın görünür.

Qeyd edək ki, ötən ayın sonlarından ölkədə başlayan intensiv yağışlardan sonra bir çox ərazilərdə yol çökməsi halları qeydə alınıb. Xüsusilə Sabunçu rayonu ərazisindəki bu tunel yağıntılı havalarda suyun səviyyəsinin yüksəlməsi və infrastrukturun zəifliyi ilə mütəmadi olaraq gündəmə gəlir.

Hazırda ərazidə hərəkətin tənzimlənməsi və fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumların tədbir görəcəyi gözlənilir.

Seçilən
26
11
afn.az

10Mənbələr