Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen vəziyyət tələb edərsə, NATO ölkələrinin ada uğrunda vuruşub-vuruşmayacağından əmin olmadığını etiraf edib.
Herbiand.az bildirir ki, ada rəhbəri bu açıqlamanı NBC telekanalına verdiyi müsahibədə deyib.
Nilsendən NATO rəhbərliyinin lazım gələrsə Qrenlandiyanı müdafiə etmək üçün üzv ölkələrin ABŞ-a qarşı müdaxilə etməyə hazır olduqlarına dair təminat verib-vermədiyi soruşulub. “NATO-nun bizim üçün başqa bir müttəfiqə qarşı vuruşacağına zəmanət verə biləcəyini bilmirəm. Hamımız yenə də müttəfiqik”, - baş nazir söyləyib.
Bəxtiyar CƏFƏRLİ