AZ

Adanada məktəbə və polis şöbəsinə hücum planlayan şagird SAXLANILDI – FOTO

Adanada məktəbə və polis şöbəsinə hücum edəcəyi ilə hədələyən şagird saxlanıldı

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prokurorluğu məlumat yayıb.

Adanada məktəbə və polis şöbəsinə hücum etməyi planlaşdıran yuxarı sinif şagirdi saxlanılıb.

M.M.A. adlı şübhəlinin sosial şəbəkələrdə “Molotov kokteylləri və bombalar hazırlayırıq. Məktəbə və polis şöbəsinə kütləvi hücum təşkil edəcəyik” şəklində təhdid dolu paylaşımlar etdiyi müəyyən edilib.

İstintaq zamanı şübhəlinin aprelin 23-də Seyhan rayonunda terror aktı törətməyi planlaşdırdığı üzə çıxıb.

Terrorla Mübarizə Şöbəsinin (TEM) əməkdaşları və Adana Baş Prokurorluğunun birgə əməliyyatı nəticəsində şübhəli şəxs qısa müddətdə yaxalanaraq nəzarətə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr