AZ

Bəluclar 3 İran polisini öldürüblər

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İranın cənub-şərqindəki Bəlucistan əyalətindəki Saravan şəhərində silahlı şəxslər üç polis məmurunu güllələyərək öldürüblər.

“AzPolitika” xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Yerli polisin açıqlamasında deyilir ki, patrul zabitləri "təhlükəsizlik missiyası"nı yerinə yetirərkən atəşə tutulublar.

Polis bildirib ki, hücuma görə məsuliyyət daşıyanların müəyyən edilməsi və həbs edilməsi üçün səylər davam edir. Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
azpolitika.info

1Mənbələr