Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 15,5 faiz azalaraq 5 milyon 77,8 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 25,1 faiz azalaraq 2 milyard 500,7 milyon dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, 2025-ci ilin həmin aylarında ölkədən 6 milyon 11,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 3 milyard 336,6 milyon dollar təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.