AZ

“Uber” robot taksilərə 10 milyard sərmayə qoyur

ain.az, Avtosfer saytına istinadən bildirir.

“Uber” şirkəti avtonom avtomobillərin alınmasına və layihələndirilməsinə 10 milyard dollar sərmayə qoymağı planlaşdırır. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, ənənəvi taksi fəaliyyəti modeli şirkəti qane etmir. Bu sahədə gəlir azalıb, kapital qoyuluşu özünü doğrultmur. 

Şirkət paralel olaraq avtonom avtomobillərin layihələndirilməsinə də diqqəti artırır. Artıq bu məqsədlə 3 böyük şirkətlə razılığa gəlinib. Bu maşınlardan 2028-ci ilədək azı 28 şəhərdə taksi xidməti göstərilməsi planlaşdırılır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr