AZ

Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada iki ilə yaxındır minik, yük və kommersiya avtomobillərinin satışları geriləyir. Eyni müddətdə lük avtomobil satışı isə artır.

Söhbət qiyməti 50 milyon  rubl (təxminən 1,1 milyon manat) olan avtomobillərdən gedir. “Avtostat”ın məlumatına görə, cari ilin 1-ci rübündə “Lada”nın satışları 17,4 faiz azaldığı halda, lüks avtomobillərin satışı 33 faiz artıb. Birinci rübdə ruslar

153 lüks avtomobil alıblar: 

Lamborghini – 47 ədəd;

Rolls-Royce – 42 ədəd (+5%);

Bentley – 41 ədəd (+21%);

Ferrari – 19 ədəd (+58%);

Aston Martin – 4 ədəd.

Bu markaların heç biri Rusiyada təmsil olunmur. 2 il əvvəl lüks modellərin orta qiyməti 55 milyon rubl (1,2 milyon manat) idisə, hazırda 66 milyondur (1,5 milyon manat). Bu da bir daha göstərir ki, müharibə və sanksiyalar əhalinin böyük hissəsini müflisləşdirsə də, varlananlar da az olmayıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
avtosfer.az

1Mənbələr