AZ

ABL: Gəncə Ordu ya, NTD Neftçi yə qarşı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 1/4 final mərhələsinin ikinci oyunları start götürür. Sport24.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Gəncə İdman Sarayında baş tutacaq görüşdə şəhərin eyniadlı komandası "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da başlayacaq. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106.

Günün ikinci matçında NTD və "Neftçi" qarşılaşacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.  İlk matçda NTD rəqibindən üstün olub - 97:94.

qeyd edək ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sport24.az

1Mənbələr