AZ

İki bayramda istirahət günü olmayacaq BU ÖLKƏDƏ

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Slovakiyada qeyri-iş günlərinin siyahısında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki,  dəyişikliyə əsasən, 8 May - Faşizmdən Azad olma Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Gününün qeyri-iş günü statusu ləğv olunub.

Bu addımın əmək bazarında məhsuldarlığı artıracağı və dövlət xərclərini azaldacağı qeyd edilir.

Qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Dəyişiklikləri dəstəkləyənlərlə yanaşı, tarixi və dini dəyərlərin zəifləyəcəyini əsas gətirərək, bu qərara etiraz edənlər də az deyil.

Dəyişiklik eyni zamanda, qanunvericililikdə qarışıqlığa səbəb olub. Belə ki, rəsmi olaraq bu günlərin istirahət günü statusu ləğv edilsə də, Əmək Məcəlləsində onlar hələ də bayram günləri olaraq qalmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bakivaxti.az

1Mənbələr