AZ

ABŞ-yə məxsus hərbi gəmilər hədəfALINIB

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi ABŞ-yə məxsus hərbi gəmilərin hədəf alındığını və onların hamısının batırılmağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Rzayi bu haqda İran televiziyasına müsahibəsində qeyd edib. 

“Bizim raket buraxılış qurğularımız hərbi gəmiləri hədəfə alıb və biz onların hamısını batıracağıq”, – deyə o qeyd edib.

Rzayi həmçinin vurğulayıb ki, ABŞ-nin İrana qarşı dəniz blokadası planları uğursuzluğa məhkumdur və Vaşinqtonun İslam Respublikasına qarşı müharibəni dayandırmaq niyyəti yoxdur.

Aytəkin TOFİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr