AZ

İran onlara xəbərdarlıq etdi

İran Ərəb ölkələrinə xəbərdarlıq edib. 

“Cebheinfo.az” İran mediasına istinadən xəbər verir ki, Tehran Körfəz ölkələrini ABŞ və İsrailə öz ərazilərindən İrana qarşı hücuma imkan verməməyə çağırıb. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib ki, ərəb ölkələrinin ABŞ və İsrailə yardımı hərbi təcavüz sayılacaq. 

Bəqayinin sözlərinə görə, Fars körfəzi ölkələrinin ərazisinin və obyektlərinin ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsi Tehran tərəfindən təcavüzü kimi dəyərləndiriləcək. 

İran XİN rəsmisi mətbuat konfransında deyib ki, İran ərazisinə hücum etmək, raket və dronlar buraxmaq, yanacaq doldurmaq və hər hansı lojistik dəstək göstərmək üçün ərəb ölkələrinin bazalarından və ya hava məkanından istifadə olunması “ABŞ və İsrailin hərbi təcavüzünün tərkib hissəsidir. 

Bəqayi onu da vurğulayıb ki, ABŞ və İsrailə edilən istənilən yardım bu dəstəyi göstərən dövlətlərin beynəlxalq məsuliyyətinə səbəb olacaq və bunun beynəlxalq hüquqda qəbul edilmiş prinsip olduğunu bildirib. 

Seçilən
18
cebheinfo.az

1Mənbələr