AZ

O, 2029-cu ildən sonra Yer kürəsinə yaxınlaşacaq

Yazını böyüt
Yazını kiçilt

NASA bildirib ki, “Xaos Tanrısı” adını daşıyan Apofis asteroidi 2029-cu il aprelin 13-də Yer səthindən təxminən 20.000 mil yuxarıdan keçəcək. ABŞ-nin kosmik agentliyi onun dünyaya təhlükə yaratmayacağına zəmanət verir.

Hafta.az xəbər verir ki, NASA-nın çərşənbə günü yaydığı məlumata görə, alimlər üç il ərzində Yer kürəsinə yaxı məsafədən üç futbol meydançası böyüklüyündə asteroidin keçəcəyini gözləyirlər.

Bu, astronomlara nəhəng kosmik qayanı yaxın məsafədən öyrənməyə imkan verəcək.

Adının mənşəyi qədim Misir tanrısından gələn Apofis tipli asteroid 2029-cu il aprelin 13-də planetimizə yaxın məsafədən sürətlə keçəcək. Agentlik əlavə edib ki, o, Yer səthindən təxminən 20.000 mil yuxarıda keçəcək ki, bu da asteroidi orbitdə olan bir çox peykdən daha yaxın edəcək. Ən yüksək peyklər ekvatordan təxminən 22.000 mil yüksəklikdə orbitə çıxır.

Alimlər Apofisi potensial təhlükəli asteroid hesab etsələr də, NASA onun 2029-cu il səyahəti zamanı Yer üçün təhlükə yaratmayacağına əmindir. Astronomlar bu qənaətə illərdir davam edən monitorinqlərdən sonra gəliblər. Onlar hesab edirlər ki, həmin kosmik obyekt növbəti 100 il ərzində Yer üçün heç bir təhlükə yaratmayacaq.

NASA bununla bağlı bəyan edib: “Yer kürəsi, onun üzərində yaşayan canlılar və ya hər hansı bir obyekt, yaxud kosmosdakı astronavtlar və ya peyklər üçün heç bir təhlükə yoxdur. Lakin bu tədbir Apofis və oxşar Yer kürəsinə yaxın asteroidlər haqqında daha çox məlumat əldə etmək üçün inanılmaz və tamamilə misli görünməmiş bir fürsətdir”.

Agentliyin məlumatına görə, Şərq yarımkürəsində yaşayan insanlar hava şəraitindən asılı olaraq asteroidi adi gözlə görə biləcəklər.

Seçilən
6
1
hafta.az

2Mənbələr