AZ

ƏSA Teatrının hazırladığı “Paris Notr Dam” tamaşası nümayiş edildi

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Heydər Əliyev Sarayında “Paris Notr-Dam” musiqili tamaşası yenidən tamaşaçılara təqdim olunub.

APA xəbər verir ki, ƏSA Teatrının təqdimatında nümayiş edilən tamaşa Viktor Hüqonun eyniadlı romanı əsasında hazırlanıb.

Layihənin rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə, prodüserləri Nicat Qulam və Emin Əliyev, xoreoqrafı Məlik Həsənov, ekran vizuallarının rejissoru və işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayevdir.

Vokal üzrə rejissor Vüqar Hacıyev, ikinci rejissor Nuray Musazadə, səs rejissoru Zaur Akimovdur. Librettonun adaptasiya müəllifi Həmid Piriyev, qrim rəssamı Firəngiz Həsənli, geyim rəssamı isə Günay Ömərdir.

Tamaşada əsas rolları Elsevər Rəhimov (Kvazimodo), Lalə Süleymanova (Esmeralda), Elşən Əskərov (Frollo), Səmayə Qulamzadə (Flör-de-Lis), Əbülfəz İskəngərli (Klopin), Elçin Nurəliyev (Feb) və Şirqasım Canməmmədov (Qrenquar) canlandırıb.

Qeyd edək ki, tamaşanın növbəti nümayişləri 16 aprel və 26 iyun tarixlərində baş tutacaq.

Türkiyə məşhurlara narkotik əməliyyatı: Mustafa Ceceli, Melek Mosso və digərləri saxlanıldı

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü gördü

"Betmen 2"nin yayım tarixi açıqlandı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
5
kulis.az

6Mənbələr