AZ

Türkiyədə məktəblərə edilən hücumlarla bağlı yeni detallar ORTAYA ÇIXDI: Görün hadisə necə planlanıb…

Türkiyədə məktəbə hücumla bağlı yeni detallar açıqlanıb.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, Kahramanmaraş şəhərində məktəbdə atəş açan şəxsin sağ qalması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Qurum həmçinin qeyd edib ki, Siverek şəhərində məktəbə hücum edən şəxsin hadisədən bir gün əvvəl saxlanılıb azad edilməsi barədə yayılan iddialar da doğru deyil.

Mərkəzin açıqlamasında vurğulanıb ki, bu cür məlumatlar sadəcə dezinformasiya deyil, eyni zamanda cəmiyyətin həssas hisslərindən istifadə etməklə xaos yaratmağa, dövlət institutlarını hədəfə almağa və hökumətə olan ictimai etimadı sarsıtmağa yönəlmiş açıq manipulyasiya cəhdləridir.

Bildirilib ki, yalan məlumat yayan və “ictimai sabitlik və asayişi təhlükə altına alan” şəxslərə qarşı müvafiq hüquqi prosedurlar başladılıb. Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmək tövsiyə olunub.

Xatırladaq ki, 14 aprel tarixində Şanlıurfa vilayətinin Siverek rayonunda keçmiş şagird məktəbə hücum edərək bir neçə şagirdi girov götürmüşdü. Hadə nəticəsində uşaqlar və müəllimlər daxil olmaqla 16 nəfər xəsarət almışdı. Hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı hücumçu intihar etmişdi.

Növbəti gün isə Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi məktəbdə silahlı hücum həyata keçirib. O, iki sinif otağına daxil olaraq atəş açıb. Hadisədən sonra yeniyetmə özünü öldürüb. Nəticədə 9 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
54
1
konkret.az

2Mənbələr