AZ

Qənaət üçün qeyri-iş günlərini ləğv etdilər: Əksi oldu

Slovakiyada qeyri-iş günlərinin siyahısı dəyişdirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən, 8 May - Faşizmdən Azad olma Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Gününün qeyri-iş günü statusu ləğv olunub.

Bu qərarın büdcə xərclərini azaltmaq məqsədilə qəbul edildiyi bildirilir. Bununla belə, dəyişiklik qanunvericililikdə qarışıqlığa səbəb olub. Belə ki, rəsmi olaraq bu günlərin istirahət günü statusu ləğv edilsə də, Əmək Məcəlləsində onlar hələ də bayram günləri olaraq qalmaqdır.

Nəticədə, yaranmış vəziyyətlə əlaqədar olaraq həmin günlərdə insanlar işə çıxmalı, işəgötürənlər isə bunun müqabilində onlara qeyri-iş günlərində işləməyə görə nəzərdə tutulmuş 100 faizlik əlavə ödəniş etməlidirlər. Beləliklə, büdcə xərclərini azaltmaq məqsədilə qəbul edilən qərar biznes üzərində əlavə yük yaradıb. 

Bu vəziyyəti ölkədə zarafatyana “hibrid bayram” və “Şrödinger bayramı” - eyni vaxtda həm bayram, həm də iş günü adlandırıblar.

"Cebheinfo.az"

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr