AZ

NATO generalı Ukrayna ordusunda ARES hərbi şurasının rəhbəri təyin edilib

Ukrayna Silahlı Qüvvələri daxilində ARES ekspert şurası yaradılıb. Şuraya keçmiş NATO generalı Riçard Şirreff rəhbərlik edir.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna ordusu Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yeni struktur Ukrayna ilə beynəlxalq təcrübənin mübadiləsi üçün yaradılıb. Bu təcrübə Ukrayna Silahlı Qüvvələrinin inkişafı üçün istifadə olunacaq.

Baş Qərargahdan bildirilib ki, şuraya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus, eləcə də Böyük Britaniya, Kanada, ABŞ və Almaniya silahlı qüvvələrinin keçmiş rəhbərləri daxil olub.

Hazırda praktiki iş və hərbi ekspert şurasının ilk iclası üçün hazırlıqlar aparılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr