AZ

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Bakı. Trend:

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlətmaliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edənəsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (Trend bu barədə MaliyyəNazirliyinə istinadən xəbər verir.

RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibatuçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarəolunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahidplatformada birləşdirilməsinə və dövlət qurumları arasındakoordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarətmexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinəxidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiyasistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təminedir. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş bazadatoplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxışimkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarlaqəbul edilməsinə şərait yaradacaq.

RDMİS “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyənəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərininmaliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərininidarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”,“e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”,“Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarəedilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmışlövhəsi” altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdənibarətdir.

Artıq aprelin 10-dan etibarən RDMİS-nin “e-müqavilə” altsistemiistifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ vəsəmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindənmal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrinbağlanılması və göndərilməsini həyata keçirir.

Qeyd edək ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemihaqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il26 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.

Məqalədə:
Seçilən
15
14
az.trend.az

10Mənbələr