AZ

"M Bulak" BOKT-un xalis mənfəəti 40 %-ə yaxın azalıb

"M Bulak" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,416 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 39,8 % azdır.

Ötən il "M Bulak"ın vergiyəqədərki mənfəəti 4,391 milyon manat (əvvəlki ilə nisbətən 37,7 % az), mənfəət vergisi ödəmələri isə 975 min manat (29 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "M Bulak"ın aktivləri 58,661 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 68 % çoxdur. Bunun 54,684 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 62,4 % böyüyüb.

Hesabat dövründə "M Bulak"ın öhdəlikləri 4,5 dəfə artaraq 26,133 milyon manata, balans kapitalı isə 11,7 % artaraq 32,528 milyon manata çatıb.

Xatırladaq ki, "M Bulak" 2005-ci ildən fəaliyyət göstərən "İnvest Kredit" MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,9 % payla Aleksey Kokarev və 4,1 % payla Babirjan Tolbayevdir.

Seçilən
13
2
far.az

3Mənbələr