Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.
Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.
Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.