AZ

Vinisius yalnız Ronaldunun bacardığını təkrarladı

"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior Çempionlar Liqasında Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, o, bunu 1/4 finalda "Bayern Münhen"ə qarşı ikinci oyunda (3:4) Kilian Mbappeyə qol ötürməsi verərək reallaşdırıb. 

"Squawka"-nın hesablamasına görə, bununla da braziliyalı Madrid klubunun tarixində Çempionlar Liqasının beş və ya daha çox mövsümdə ən azı 10 qolda birbaşa iştirak edən ikinci oyunçu olub.

Bundan əvvəl oxşar nailiyyət yalnız 2009-2018-ci illərdə "Real Madrid"də oynamış və turnirdə bir sıra rekordlar qırmış Kriştianu Ronalduya məxsus idi.

Seçilən
1
1
fanat.az

2Mənbələr