Tuapsedə pilotsuz təyyarənin hücumu nəticəsində iki azyaşlı həlak olub.
Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Beş və on dörd yaşlı uşaqlar dağıntılar altında ölüb. Daha iki böyük yaralanıb; həkimlər hazırda onlara lazımi tibbi yardım göstərirlər.
Qubernator şəhərdə beş fərdi evin və bir mənzil binasının, eləcə də dəniz limanının yaxınlığındakı iş yerlərinin zədələndiyini aydınlaşdırdı. Bundan əlavə, dron parçaları Soçinin Loo kəndindəki bir binanın pəncərələrini sındırdı.
Kondratyev yazıb: "Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm".
Daha əvvəl şəhərdə dron hücumu ilə bağlı təhdid elan edilmişdi.
Əziz MUSTAFA