BAKI, 16 aprel. TELEQRAF
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Premyer Liqaya qayıda bilər.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" rəhbərliyi Mourinyonu baş məşqçi vəzifəsinə ciddi namizəd kimi görür.
İngiltərə Premyer Liqasında 14-cü yerə düşən "Nyukasl Yunayted" baş məşqçi Eddi Hounun yerinə potensial namizədləri qiymətləndirməyə başlayıb.
Hazırda Portuqaliya çempionluğu uğrunda mübarizədə geridə qalan Joze Mourinyonun komandası 29 həftədə 69 xal toplayaraq lider “Porto”dan 7 xal geridə qalıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Premyer Liqada daha əvvəl "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarını çalışdırıb.