AZ

Maarifləndirici tədbir FOTOLAR

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Astara Pedaqoji Kollecində əsas məqsəd gələcək üçün qeyrətli, namuslu, sözün həqiqi mənasında savadlı, sağlam vətəndaşlar yetişdirməkdir. Təhsil ocağında buna nail olmaqdan ötrü bütün metodlardan istefada olunur, eləcə tələbələri gələcəyə düzgün istiqamətlənirmək üçün müxtəlif səpkili maarifləndirici tədbirlər həyata keçirilir. Kollecdə təşkil olunan növbəti belə tədbir “Risk qrupuna daxil olan yeniyetmə və gənclərin müəyyənləşdirilməsi, onların arasında zərərli vərdişlərə qarşı təbliğat xarakterli məlumatlandırma işinin aparılması” adlanırdı.

Tədbirdə kollecin “Azərbaycan dili və xarici dillər ” FBK-nın müəllimləri Ülviyyə Ağayeva, Günel Rəcəbli çıxış edib gənclər arasında risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyənləşdirilməsinin və onlarla məqsədyönlü maarifləndirmə işinin aparılmasının vacibliyini, narkomaniya, digər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına ciddi zərər vurmasını bildirdilər, belə halların qarşısının alınmasında ailə nəzarətinin gücləndirilməsini, təhsil müəssisələrində profilaktik tədbirlərin vaxtaşırı görülməsindən , gənclərin asudə vaxtlarının səmərəli təşkilinin mühüm rolundan, eyni zamanda sağlam həyat tərzinin təbliğinin və düzgün həyat seçimlərinin formalaşdırılmasının gələcək nəsillərin inkişafı üçün əsas şərtlərdən olduğundan danışdılar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sesqazeti.az

1Mənbələr