AZ

Braziliyada kabab dələduzluğu

Braziliyanın Rio-de-Janeyro şəhərində bir küçə satıcısı diqqətsiz ingilis turistə təxminən 2260 manata kabab sataraq böyük dələduzluq edib. 

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ödəniş terminalı ilə manipulyasiya edən şübhəli polis tərəfindən Kopakabana çimərliyində yaxalanıb.

Çərşənbə axşamı lüks otellərlə birbaşa üzbəüz çimərlikdə saxlanılan şübhəli və onun şərikinin ödəmə terminalından istifadə edərək bir turistdən min dəfə artıq pul aldığı məlum olub.

 

Zərərçəkmiş turist 10 real olması lazım olan kabab üçün bilmədən 10.000 real ödəyib.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr