Ukrayna ordusunun Rusiyanın Tuapse şəhərində yaşayış binalarını vurması nəticəsində 5 və 14 yaşlı iki uşaq ölüb.
Leqal.info xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Şəhərdə beş fərdi ev və bir yaşayış binasının zərər gördüyü bildirilir. Vurulan PUA-lardan birinin qalıqları dəniz limanının yaxınlığındakı müəssisələrin ərazisinə düşüb.
Anapa, Gelendjik və Soçi səmasında da Ukrayna ordusuna aid PUA-ların göründüyü bildirilir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta