AZ

Kahramanmaraşda qəhrəmanlıq hekayəsi: Müəllim şagirdlərini qorumaq üçün həyatını fəda etdi – FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbinə silahlı hücum olub.

Bizim.Media xəbər verir ki, məktəbdə atışmada həyatını itirənlər arasında son anına qədər unudulmaz qəhrəmanlıq göstərən riyaziyyat müəllimi Ayla Kara da olub.

Ayla Kara hadisə zamanı həyatını şagirdləri üçün fəda edib.

Şahidlərin dediklərinə görə, Ayla müəllim hücum zamanı tərəddüd etmədən şagirdlərini qorumaq üçün özünü onların qarşısına atıb və güllə hədəfinə tuş gəlib.

Qeyd edək ki, Kahramanmaraşda məktəbə hücumda 9 nəfər həyatını itirib.






Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr