AZ

Azərbaycana gətirilən elektromobillərin sayı azaldı

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 299 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 7,898 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 129 ədəd və ya 43,1%, dəyər ifadəsi ilə isə 7,660 milyon ABŞ dolları və ya 2 dəfə azdır. (Trend)

Seçilən
3
7
fed.az

10Mənbələr