AZ

Nikol Paşinyan: Yeni müharibə riski yoxdur

BAKI, 16 aprel. TELEQRAF

“İrəvan və bölgələrdə vətəndaşlarla görüşüm zamanı onların sülhü gözlədiyimdən daha çox hiss etdiklərini müşahidə elədim”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Ermənistan vətəndaşları sülhü ilk növbədə psixoloji və mənəvi baxımdan hiss edirlər:

“Ölkədə sakitlik hökm sürür. Əvvəllər daim hiss etdiyimiz gərginlik və stress artıq yoxdur, onun yerini sakitlik tutub. Düşünürəm ki, vətəndaşlar həm də intuitiv olaraq anlayırlar ki, bu, sülhlə bağlıdır”.

Nikol Paşinyan vurğulayıb ki, əgər sülhə inam olmasaydı və hökumət yeni müharibə riski görsəydi, sosial sahələrə bu qədər vəsait ayrılmazdı:

“İqtisadi artım üçün imkan yaradan əsas amil də məhz sülhdür və vətəndaşlar bu sülh mühitini gözləniləndən daha güclü şəkildə hiss edirlər”.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr