WSJ: ABŞ hərbi ehtiyatlarının azalması fonunda zavodların bir hissəsi hərbi istehsala yönləndirilə bilər...
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkədə silah istehsalını artırmaq məqsədilə iri avtomobil şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəeti məlumat yayıb.
Məlumata görə, Pentaqon General Motors və Ford Motor kimi şirkətlərdən istehsal güclərinin bir hissəsini hərbi ehtiyaclara yönəltməyi xahiş edib.
Bildirilir ki, davam edən hərbi münaqişələr ABŞ ordusunun silah və sursat ehtiyatlarını sürətlə azaldır və bu səbəbdən istehsalın genişləndirilməsi zəruri hesab olunur.
Rəsmilər zavodların müəyyən hissəsinin döyüş sursatı və hərbi texnika istehsalına uyğunlaşdırılması imkanlarını araşdırır. Bu yanaşma İkinci Dünya müharibəsi dövründə həyata keçirilən sənaye səfərbərliyi modelinə bənzədilir.
Ekspertlər qeyd edirlər ki, belə addım ABŞ-nin müdafiə sənayesində yeni mərhələnin başlanğıcı ola bilər və mülki istehsalın hərbi məqsədlərə inteqrasiyasını sürətləndirə bilər.
Analitiklərin fikrincə, bu təşəbbüs həm də uzunmüddətli münaqişələrə hazırlıq baxımından strateji əhəmiyyət daşıyır.
Poliqon.info