JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Təcrübə ilə Güclənən Təhsil – siniflərdə yeni baxış” layihəsi çərçivəsində müəllimlər beynəlxalq təcrübə qazanıb!

Layihənin əsas məqsədi müəllimlərin beynəlxalq təhsil təcrübəsinə əsaslanan müasir tədris metod və yanaşmalarını mənimsəməsini təmin etmək, əldə olunan biliklərin yerli məktəb mühitində tətbiqi ilə təhsilin keyfiyyətinə və pedaqoji fəaliyyətin effektivliyinə real və ölçülə bilən töhfə verməkdir.

Layihə çərçivəsində 2 nəfər müəllimin Türkiyədə fəaliyyət göstərən bir sıra nüfuzlu ümumi təhsil müəssisələrində – Şehit Erol Olçok Turizm Mesleki ve Teknik Anadolu Lisesi, Nilüfer – Koç Ortaokulu, Otomotiv Endüstrisi İhracatçıları Birliği Mesleki ve Teknik Anadolu Lisesi və Nilüfer Borsa İstanbul Fen Lisesi – 1 həftəlik pedaqoji təcrübə proqramında iştirakı təşkil olunub.

Proqram müddətində müəllimlər gündəlik dərs proseslərini müşahidə edib, interaktiv təlim üsullarını, şagirdlərə fərdi yanaşma metodlarını, tədrisdə texnologiyaların tətbiqini və məktəbdaxili idarəetmə modellərini yerində öyrəniblər. Eyni zamanda onlar dərs prosesinə inteqrasiya olunaraq praktiki təcrübə qazanıb, təcrübəli həmkarlarla qarşılıqlı fikir mübadiləsi apararaq müxtəlif pedaqoji yanaşmaları müqayisə etmək imkanı əldə ediblər.

Layihə çərçivəsində əldə olunan təcrübənin yayılması məqsədilə hər iki müəllimin iştirakı ilə 20 nəfər pedaqoji heyətin cəlb olunduğu məktəbdə təqdimat təşkil olunub. Təqdimat zamanı beynəlxalq təcrübədən əldə edilən yeniliklər, effektiv metodlar və tətbiq imkanları geniş şəkildə paylaşılaraq müəllimlər arasında bilik mübadiləsi təmin olunub.

Növbəti mərhələdə layihənin yekun nəticələrinin təqdim olunacağı bağlanış tədbirinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, layihə Nuranə Xanmədova tərəfindən Salyan rayonu Dayıkənd kənd A. Nağıyev adına tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX