Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin Sumqayıt bulvarında qanunsuz obyektinin olduğu deyilir.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Əhmədəliyev ötən il Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülən obyektini bu il yenidən bərpa edib.
Pravda.az-ın əməkdaşı Rəşad Əhmədəliyevin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlasa da, bu, mümkün olmayıb.

Qeyd: Rəşad Əhmədəliyevin işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.
Aytəkin Qardaşova