Bakı, 16 aprel, AZƏRTAC
2026-cı ilin yanvar-mart aylarında ölkədən 6 milyard 257 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 16,9 faiz azalaraq 1 milyard 833,2 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycandan 2 milyard 205,6 milyon dollar dəyərində, yəni 5 milyard 899,1 milyon kubmetr təbii qaz ixrac edilib.