AZ

Həkim: 35 yaşdan sonra ana olmaq risklidir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Piroqov adına Rusiya Tibb Universitetinin dosenti Lyubov Popova 35 yaşdan sonra ana olmağın fəsadları və diqqət yetirilməli olan məqamlar barədə məlumat verib. Həkim bildirib ki, hər bir qadın orqanizmi fərdi xüsusiyyətlərə malik olsa da, bu yaş dövründən sonra bəzi tibbi risklər artmağa başlayır.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə, 35 yaşın bir hədd kimi götürülməsi qadınlarda yumurtalıq ehtiyatının (ovarial rezerv) bu dövrdən etibarən daha sürətlə azalması ilə bağlıdır. Lyubov Popova qeyd edib:"Təxminən 35 yaşdan sonra hamilə qalma ehtimalı aşağı düşür. Lakin buna təkcə yaş deyil, həm də həyat tərzi, yuxu rejimi, qidalanma və xroniki xəstəliklər kimi amillər təsir edir".O, həmçinin yaş artdıqca hüceyrə bölünməsində genetik xətaların baş vermə ehtimalının artdığını və bunun embrionun inkişafına mənfi təsir göstərə biləcəyini vurğulayıb.Bununla belə, müasir tibbin imkanları bu riskləri minimuma endirməyə şərait yaradır. Popova əlavə edib: "Hazırda ultrasəs müayinəsi və müvafiq hormon testləri vasitəsilə orqanizmin vəziyyətini dəqiq qiymətləndirmək mümkündür. Xüsusi skrininq üsulları ilə dölün xromosom anomaliyalarını əvvəlcədən müəyyən etmək və hamiləlik zamanı yaranan preeklampsiya kimi halların qarşısını almaq olar".Lyubov Popova yekun olaraq bildirib ki, 35 yaşdan sonra hamiləlik müəyyən çətinliklərlə müşayiət olunsa da, həkim nəzarəti altında sağlam övlad dünyaya gətirmək tamamilə mümkündür.Yəni, 35 yaşdan sonra qadınlarda uşaq sahibi olmaq şansı azalsa və bəzi sağlamlıq riskləri artsa da, müasir tibbi yoxlanışlardan keçərək və həkimlə məsləhətləşərək sağlam uşaq dünyaya gətirmək olar.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr