AZ

“AI Index Report 2026”: Süni intellekt gözləniləndən daha sürətlə inkişaf edir

Bakı, 16 aprel, AZƏRTAC

Süni intellekt texnologiyaları gözləniləndən daha sürətlə inkişaf edir və bir çox sahədə ciddi dəyişikliklər yaradır.

AZƏRTAC xəbər verir ki, Stenford Universiteti tərəfindən hazırlanan “AI Index Report 2026” hesabatına əsasən, generativ süni intellekt cəmi üç il ərzində əhalinin 53 faizi arasında yayılaraq tarixdə ən sürətlə mənimsənilən texnologiyaya çevrilib. Qeyd olunub ki, süni intellekt artıq elm, proqramlaşdırma sahələrində insan səviyyəsinə yaxın və ya onu üstələyən nəticələr göstərir. Bununla yanaşı, texnologiyanın inkişaf tempi idarəetmə sistemləri və əmək bazarının uyğunlaşma imkanlarını üstələyir.

Hesabatda, həmçinin bildirilir ki, süni intellektin iqtisadi təsiri sürətlə artır, lakin bu proses bəzi sahələrdə məşğulluğun azalması ilə müşayiət olunur. Eyni zamanda, təhlükəsizlik, şəffaflıq və ətraf mühitə təsirlə bağlı risklər də aktuallığını qoruyur.

Seçilən
40
azertag.az

1Mənbələr