AZ

Qəza törədib 3 nəfərin ölümünə səbəb oldu - Məhkəmə zalında həbs edildi

Törətdiyi ağır yol-qəzası nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən Vaqif Məmmədovun 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsi ilə bağlı hökm elan edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ildə  baş verib. 

Belə ki, Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Folksvagen" maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.Faktla bağlı cinayət işi başlanıb və V. Məmmədova  qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma -Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülmüşdür.

Orxan Rasifoğlu

Seçilən
11
unikal.az

1Mənbələr