AZ

ABŞ ın Rusiya ilə bağlı planı ortaya çıxdı VSJ

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Rusiyanı Liviyadan çıxarmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Nəşr xatırladıb ki, ABŞ ötən il Liviyada hərbi təlimlərin keçiriləcəyini elan edib:

“Bu təlimlər Liviyanın Rusiya və Belarusdan asılılığı aradan qaldıracaq”.

Britaniyanın Liviyadakı səfiri Martin Reynolds mövzu ilə bağlı bunları deyib: “Biz xarici güclərin, xüsusən də Rusiyanın cəlb edilməsinə ehtiyac görməyən bir hökumət görmək istərdik”.

Nyu-Yorkda yerləşən “North Africa Risk Consulting” şirkətinin prezidenti Ceff Porter qeyd edib ki, Liviya tədricən daha nizamlı bir ölkəyə çevrilir.

O hesab edir ki, Liviya Rusiya ilə deyil, Qərblə əməkdaşlıq etməlidir.

Qeyd edək ki, Liviya hazırda ikili hakimiyyət altında fəaliyyət göstərir: Əbdülhəmid Dbeybanın rəhbərlik etdiyi və BMT tərəfindən dəstəklənən Milli Razılıq Hökuməti ölkənin qərbində, Tripolidə yerləşir.

Şərq hissəsinə isə Kremllə yaxşı münasibətləri olan Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu nəzarət edir. Haftar 2023 və 2025-ci illərdə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr