AZ

Bakıda “Mən, Lalə, bir də Şerlok Holms 2” serialının ikinci mövsümü təqdim olunub

Bakıda “Mən, Lalə, bir də Şerlok Holms 2” serialının ikinci mövsümünün təqdimatı keçirilib, layihənin televiziya yayımı aprelin 19-na planlaşdırılıb.

Nizami Kino Mərkəzi-də keçirilən tədbir İctimai Televiziya və Radio Yayımları Şirkəti və Elm və Təhsil Nazirliyi-nin birgə təşəbbüsü ilə təşkil olunub.


Təqdimatda Leyla Əliyeva, Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.


Nazir Emin Əmrullayev çıxışında layihənin təhsilyönümlü məzmununu yüksək qiymətləndirərək bildirib ki, bu cür təşəbbüslər uşaqların maariflənməsinə və dünyagörüşünün formalaşmasına töhfə verir.


Layihənin ideya müəllifi Tural Sevdimalı qeyd edib ki, serialın məqsədi uşaqlara düzgün dəyərlərin aşılanmasıdır və gələcəkdə layihənin tammetrajlı film versiyasının çəkilməsi planlaşdırılır.


12 seriyadan ibarət olan və ailəvi-detektiv-komediya janrında çəkilən serial aprelin 19-dan etibarən İctimai Televiziyanın efirində yayımlanacaq.

Gülnar Nazimqızı 

Seçilən
0
anews.az

1Mənbələr