AZ

Naxçıvanda qaya uçqunu

İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb. 

"Unikal" xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. 

Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.
 

Seçilən
18
unikal.az

1Mənbələr