AZ

Şagirdləri üçün canından keçdi: Türkiyə Ayla Karanın qəhrəmanlığından DANIŞIR

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Kahramanmaraşın "Ayser Çalık" orta məktəbində 8-ci sinif şagirdinin törətdiyi silahlı hücum nəticəsində bir müəllim və 8 şagird həyatını itirib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə zamanı qətlə yetirilən riyaziyyat müəllimi Ayla Karanın şagirdlərini qorumağa çalışarkən qəhrəmancasına həlak olduğu məlum olub.

İşinə bağlılığı ilə tanınan Ayla Karanın son anına qədər uşaqları qorumağa çalışdığı ortaya çıxıb. Müəllimin şagirdlərini güllələrdən qorumaq üçün onların üzərinə qapanması barədə yayılan detallar hər kəsi sarsıdıb.

Həm həmkarları, həm də şagirdləri tərəfindən çox sevilən Ayla müəllimin vəfatı bütün ölkədə böyük kədərlə qarşılanıb. Sosial şəbəkələrdə onun fədakarlığı və nümunəvi şəxsiyyəti barədə minlərlə paylaşım edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
moderator.az

3Mənbələr