AZ

Yuxunu yaxşılaşdırmaq üçün bu qidaları yeyin Dietoloqdan ÇAĞIRIŞ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dietoloq Marsela Qarsez bildirib ki, yuxunu yaxşılaşdırmaq üçün gün ərzində bol miqdarda tərəvəz və meyvə yemək faydalıdır.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "Terra" nəşrinə danışıb.

Həkim qeyd edib ki, tərəvəz və meyvələrin tərkibindəki karbohidratlar beynin triptofan amin turşusunu daha yaxşı mənimsəməsinə kömək edir. Triptofan isə melatonin hormonunun sintezində iştirak edir və bu da yuxu ritmini tənzimləyir.

Mütəxəssis həmçinin yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, belə qidalanma mədə-bağırsaq sistemində narahatlıq yaradır və bu da yuxunun keyfiyyətini aşağı salır.

Bundan əlavə, suyun da düzgün miqdarda qəbul edilməsinin vacibliyi vurğulanıb. Qarsez qeyd edib ki, həm susuz qalmaq, həm də həddindən artıq su içmək yuxuya mənfi təsir göstərir.

Aytəkin TOİFQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr