AZ

ABŞ-da İkinci Dünya Müharibəsi dövrünün qaydaları bərpa edilir

Vaşinqton administrasiyası ABŞ-ın avtomobil istehsalçılarını silah və hərbi texnika istehsalına cəlb etmək istəyir.

Musavat.com xəbər verir ki, məlumatı "Wall Street Journal" mənbələrə istinadən yayıb: "ABŞ Prezidenti Donald Trampın administrasiyası avtomobil istehsalçılarının və digər Amerika istehsalçılarının silah istehsalında daha əhəmiyyətli rol oynamalarını istəyir ki, bu da İkinci Dünya Müharibəsi dövründə istifadə edilən təcrübələri xatırladır".

Nəşrin məlumatına görə, Pentaqon rəsmiləri Amerikanın iri sənaye korporasiyaları ilə ilkin müzakirələr aparıblar. Bunlara GM, Ford və Oshkosh avtomobil istehsalçıları, eləcə də təyyarə mühərriki istehsalçısı GE Aerospace daxildir: "Ukrayna və İrandakı müharibələr ehtiyatları tükəndirdiyindən, Pentaqon bu şirkətləri öz personalından və zavod potensialından istifadə edərək sursat və digər avadanlıqların istehsalını artırmağa cəlb etməkdə maraqlıdır".

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr