Yaz mövsümünü rahat keçirmək üçün ən yaxşı yol allerqoloqa getməkdir.
Redaktor.az xəbər verir ki, bu barədə həkim İrina Yartseva bildirib.
Onun sözlərinə görə, allergiyası olanların taxdığı tibbi maska demək olar ki, onlara kömək etmir. Amma simptomları azaldan dərmanlar var. Bunlara spreylər, damcılar və xüsusi allergiya əleyhinə vasitələr daxildir. Bu dərmanlar immuniteti zəiflətmir.
Həkim qeyd edib ki, müalicəyə nə qədər tez başlansa, bir o qədər yaxşı təsir edir və daha az dərman lazım olur. Ən yaxşısı müalicəyə qış aylarında başlamaqdır ki, yazda allergiya az hiss olunsun.
Əgər əvvəlcədən müalicə etməmisinizsə, mövsüm zamanı da simptomları yüngülləşdirmək mümkündür.
Aytəkin TOFİQQIZI