AZ

Ukrayna Tuapseni vurdu: Limanda böyük dağıntılar var

Ötən gecə Ukrayna Rusiyanın Tuapse limanına kütləvi dron zərbəsi həyata keçirib.

Musavat.com xəbər verir ki, Kuban bölgəsinin rəhbəri Veniamin Kondratyev Tuapsedə dron hücumu nəticəsində Tuapse limanı və onun ətrafındakı sənaye zonasına çoxsaylı “dron parçaları”nın düşdüyünü elan edib: “Şəhərin sənaye infrastrukturuna ciddi ziyan dəyib. Düşmən dronlarının çoxsaylı fraqmentləri Tuapse dəniz limanı yaxınlığında yerləşən müəssisələrin ərazisinə düşüb. Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyir, zərərin miqyasını qiymətləndirir və dron fraqmentlərinin nəticələrini aradan qaldırır. Xoşbəxtlikdən, dağıntıların əsas hissəsi sənaye zonasına düşüb və bu da mülki şəxslərin daha çox itkisinin qarşısını alıb”.

Kondratyev həmçinin “dron parçaları”nın yaşayış evlərinə düşdüyü, beş və 14 yaşlı uşaqların həlak olduğuna dair məlumat verib.

Tuapsedə bütün məktəb və uşaq bağçalarının fəaliyyəti dayandırılıb, küçələrdə növbətçilik üçün xüsusi dəstələrin yaradıldığı elan olunub.

Ukrayna tərəfi isə hədəfin Rusiya neftinin daşınmasında iştirak edən dəniz limanı infrastrukturu olduğunu, yaşayış evlərinə Rusiyanın dronlara qarşı silahlarının zərər vurduğunu bildirir.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr