AZ

Avtomobil piyadanı vurub öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
metbuat.az

1Mənbələr