Bakı. Trend:
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxilolan ərazilərdə elektrik enerjisinin verilişində fasiləyaranacaq.
Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylıyarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyəqoşulacaq.
Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanasıyaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdansonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təminolunacaq.