AZ

ABŞ Kubaya qarşı güc tətbiqi ssenarilərini nəzərdən keçirir USA Today

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqton ilə Havana arasında artan gərginlik fonunda Kuba ilə bağlı mümkün əməliyyatların gizli planlaşdırılmasını gücləndirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "USA Today" vəziyyətə bələd mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hərbçilərinə prezident Donald Trampın müvafiq qərar verəcəyi halda adada mümkün addımlar üçün ssenarilərin hazırlanmasını sürətləndirmək tapşırılıb. Söhbət açıq hərbi əməliyyatdan deyil, müxtəlif reaksiya variantlarının, o cümlədən mümkün güc ssenarilərinin işlənib hazırlanmasından gedir.

Mənbələrin bildirdiyinə görə, planlaşdırma ilkin və məxfi xarakter daşıyır və Kubadakı vəziyyətin daha da gərginləşəcəyi təqdirdə mümkün addımların qiymətləndirilməsinə yönəlib. Qeyd olunur ki, bu, dərhal hərbi müdaxiləyə hazırlıq demək deyil, daha çox ABŞ-ın Cənub Komandanlığı çərçivəsində strateji planların genişləndirilməsidir.

Eyni zamanda vurğulanır ki, Pentaqon rəsmiləri açıq şəkildə hər hansı işğala hazırlıq aparıldığını təsdiqləməyiblər. Daha əvvəl ABŞ hərbi rəhbərliyi əsas diqqətin regionda ölkə maraqlarının qorunmasına, o cümlədən hərbi obyektlərin təhlükəsizliyinə və mümkün böhranlara reaksiya verilməsinə yönəldiyini bildirmişdi.

Bundan əvvəl Tramp administrasiyası Kuba hakimiyyətini Rusiya ordusuna dəstək verməkdə ittiham edib. Məlumatlara görə, Havana Rusiyaya “canlı qüvvə”nin cəlb olunması və göndərilməsində iştirak edib.

Mart ayında Donald Tramp Kubanın güc yolu ilə ələ keçirilməsi niyyətində olduğunu bildirmişdi. Lakin sorğular göstərib ki, amerikalılar bu ölkədə rejimin dəyişdirilməsi üçün ABŞ Silahlı Qüvvələrinin istifadəsinə qəti şəkildə qarşıdırlar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
icma.az

1Mənbələr