Rusiyanın Tuapse şəhərindəki neft anbarına dronlar yenidən hücum edib. Hüçumdan sonra dəhşətli partlayışlar eıidilib, yanğın başlayıb.
Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində dron hücumundan sonra neft anbarında yanğın baş verib. Bu barədə cümə axşamı gecəsi Telegram monitorinq kanalları məlumat verib.
Yanğının limanın yaxınlığındakı neft anbarında baş verdiyi bildirilir. Yanğın olduqca böyük ərazini əhatə edir. Ətrafı qatı qara tüstü bürüyüb, şəhərdə əhali nəfəs almaqda çətinlik çəkir. Bir çox sakinlər tüstüdən boğulmamaq üçün təcili şəkildə şəhəri tərk edərək daha təhlükəsiz yerlərə getməyə başlayıblar. Möhtəşəm yanğının görüntüləri sosial mediada da paylaşılır.
Bu, Tuapsedə baş verən ilk hadisə deyil. Ən səs-küylü hücum 2 noyabr gecəsi, SBU və Müdafiə Qüvvələri bölmələrinin Rusiyanın Qara dənizdəki əsas neft limanlarından birinə hücumu zamanı baş verdi. Ən azı bir gəmi zədələndi və limanda bir neçə gün davam edən böyük yanğın baş verdi. Bunun ardınca, 31 dekabr gecəsi Tuapsedəki neft anbarı yandı.
Əziz MUSTAFA